İspaniyanın paytaxtı Madriddə "Madrid Masters" tennis turniri keçirilir.

Offsideplus.az xəbər verir ki, hazırda davam etməli olan iki oyun dayandırılıb. Buna səbəb elektrik enerijisinin kəsilməsidir.

Təkcə İspaniya yox, Portuqaliya, Fransa və Belçikada da eyni problem yaşanır.

Bu problem hava limanları, metro və qatarların hərəkətinə də təsirsiz ötüşməyib.

Elektrik enerjisinin kəsilməsinin səbəbləri hələlik açıqlanmayıb.