AZ

Çin Trampın iddialarını təkzib etdi

Pekin ABŞ Prezidenti Donald Trampın tarif məsələsi ilə bağlı Çin sədri Si Cinpinlə danışması barədə iddialarını təkzib edib. Metbuat.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun açıqlama verib. O bildirib ki, iki ölkənin dövlət başçıları arasında telefon danışığı olmayıb. Sözçü, "Bir daha qeyd etmək istərdim ki, Çin və ABŞ tariflərlə bağlı heç bir məsləhətləşmələr və ya danışıqlar aparmayıblar", - deyə bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində, Çin sədri Si Cinpinlə tariflərlə bağlı danışdığını və danışıqların məhsuldar keçdiyini iddia edib. İki ölkə arasında tarif gərginliyi nəticəsində ABŞ Çinə tətbiq etdiyi tarifləri 145 faizə, Pekin isə 125 faizə qaldırıb.

Seçilən
6
metbuat.az

1Mənbələr