Azərbaycanın lider mobil operatoru Azercell 2-3 may tarixlərində keçiriləcək “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının texnologiya və innovasiya tərəfdaşı qismində çıxış edir.
Mia.az xəbər verir ki, tədbirdə yerli və beynəlxalq spikerlərin, o cümlədən yaradıcı sənayenin aparıcı şirkətlərindən peşəkar komandaların iştirakı gözlənilir. Festivalda təqdim olunacaq bütün layihələr nüfuzlu beynəlxalq münsiflər heyəti daxil olmaqla, bu sahənin mütəxəssisləri tərəfindən qiymətləndiriləcək.