Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, RF Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 80 illik yubileyi günlərində atəşkəs olacağını bəyan edib.
Məlumat Kremlin rəsmi portalında yerləşdirilib.
Atəşkəsin 7 may 00.00-dan 11 may 00.00-a qədər davam edəcəyi bildirilir.
Kreml Kiyevin də Putinin elan etdiyi atəşkəsə riayət edəcəyinə ümidvar olduğunu bildirib. Atəşkəsin qarşı tərəfdən pozulacağı təqdirdə cavab tədbirləri görüləcəyi bəyan edilib.
Hürr Tərcüman