Suriyanın devrilmiş lideri Bəşər Əsədin atasının məzardakı sümükləri oğurlanıb.
Ölkə.Az xəbər verir ki, bu iddia ilə Rusiya mətbuatı çıxış edib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə çökmüş Bəəs rejiminin lideri Bəşər Əsədin atası Hafiz Əsədin Əl-Laziqiyyədəki məzarının açılması öz əksini tapıb.
Naməlum şəxslərin hücumundan sonra sümüklərin hara aparılması məlum deyil.
Qeyd edək ki, Hafiz Əsədin məzarı ötən ilin dekabrında da yandırılıb və dağıdılıb.
Billurə Yunus