Qlobal elektrik kəsintisi səbəbindən İspaniyanın paytaxtı Madriddə keçirilən tennis üzrə ATP-1000 və WTA-1000 turnirlərinin oyunları dayandırılıb.
"Report"un AS-a istinadən məlumatına görə, problem Portuqaliya da daxil olmaqla, bütün Pireney yarımadasına təsir edib.
Bu problem hava limanları, metro və qatarların hərəkətinə də təsirsiz ötüşməyib.
Elektrik enerjisinin kəsilməsinin səbəbləri hələlik açıqlanmayıb.