AZ

Putin üçgünlük atəşkəs elan etdi

Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

 

 

Məlumata əsasən, Rusiya ordusu mayın 7-dən 8-nə keçən gecə, saat 00:00-dan mayın 10-dan 11-nə keçən gecə saat 00:00-dək döyüş əməliyyatlarını dayandıracaq.

 

"Rusiya tərəfi ilkin şərtlər olmadan sülh danışıqlarına hazır olduğunu bəyan edir. Rusiya hesab edir ki, Ukrayna tərəfi bu nümunəni izləməlidir", - Rusiya Prezidentinin bəyanatında bildirilib.

 

Bəyanatda həmçinin qeyd olunub ki, əgər atəşkəs pozularsa, "Rusiya ordusu adekvat və effektiv cavab verəcək".

Seçilən
12
7
sfera.az

8Mənbələr