Rusiya prezidenti Vladimir Putin Qələbənin 80 illiyi münasibətilə atəşkəs elan edib.
Sitat.info xəbər verir ki, bu barədə Kremlin rəsmi açıqlamasında bildirilib. Tarixi bayram günlərində, yəni 8-11 may tarixlərində müharibə əməliyyatlarının dayandırılması qərarı verilib.
Qeyd edək ki, Rusiya hər il 9 May tarixində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin ildönümünü qeyd edir. Bu il isə 80-ci ildönüm münasibətilə Kreml xüsusi humanitar jestə imza atıb.