BAKI, 28 aprel. TELEQRAF
2025-ci ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 11,4 faiz artaraq 868,3 min olub.
Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, gecələmələrin ümumi sayının 58,2 faizi Bakıda, 10 faizi Qusarda, 5,4 faizi Qəbələdə, 4,8 faizi Şabranda, 4,3 faizi Naftalanda, 3,1 faizi Qubada, 2,6 faizi Lənkəranda, 1,5 faizi Şamaxıda, 1 faizi Ağdamda, 1 faizi Naxçıvanda, 1 faizi Şuşada, və 7,1 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 11,9 faiz artaraq 484,9 min olub ki, bu da ümumi gecələmələrin 55,8 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 21,8 faizi Hindistan, 14,3 faizi Rusiya, 8,8 faizi Türkiyə, 6,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi ABŞ, 3,1 faizi İsrail, 3 faizi Küveyt, 2,7 faizi Pakistan, 2,4 faizi Çin, 2,4 faizi Qazaxıstan, 1,9 faizi Böyük Britaniya, 1,4 faizi Özbəkistan, 0,9 faizi Almaniya, 0,8 faizi Bəhreyn, 0,8 faizi İran, 0,8 faizi İtaliya, 0,7 faizi Gürcüstan, 19,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,5 faizi Bakıda, 12,7 faizi Qusarda, 3,5 faizi Naftalanda, 2,7 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Şamaxıda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrinin sayı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 10,8 faiz artaraq 383,4 min olub ki, bu da ümumi gecələmələrin 44,2 faizini təşkil edir.