İspaniya və Portuqaliyada genişmiqyaslı elektrik enerjisi kəsintisi qeydə alınıb.
APA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Böyük şəhərlərdə - Madrid, Barselona, Sevilya, Lissabon və Portoda kritik infrastruktur fəaliyyətini dayandırıb. İşıqforların işləməməsi ciddi tıxaclara səbəb olub, qatarlar dayanıb, hava limanları və metro sistemləri fəaliyyətini tamamilə dayandırıb. Madriddəki Barajas hava limanı hələ də işıqsız vəziyyətdədir.
İspaniyanın şəbəkə operatoru elektrik enerjisinin bərpası üçün işlərin davam etdiyini açıqlayıb. Valensiya metrosu da bütün xidmətlərini dayandırdığını bildirib. Elektrik enerjisi kəsintisinin təsiri Fransanın bəzi bölgələrində də hiss olunub.