Parapauerliftinq üzrə Azərbaycan millisi Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb.
Apasport.az xəbər verir ki, yığma üzvləri Bakuriani şəhərində hazırlıq prosesində iştirak edirlər. Mayın 6-dək davam edəcək toplanışa 6 idmançı qatılıb.
Hazırlıq prosesinə Pərvin Məmmədov, Rəsul Zəkiyev, Şamo Aslanov, Talib Zeynalov, Zəhra Dadaşova ilə Leyla Kərimova cəlb ediliblər.
Toplanış mayın 6-13-ü aralığında Tbilisidə keçiriləcək Dünya Kubokuna hazırlıq xarakteri daşıyır.
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları bəlli olub
Üzgüçülərimiz Çexiyada 17 medal qazanıblar
Azərbaycan Qran Prisi 2025-in könüllü proqramının qeydiyyat mərhələsi rekordla yadda qalıb
Yelkənçilərimiz Sloveniyaya yollanıblar
Qəbələ - Xankəndi ultramarafonunun qalibləri bəlli olub