Hər şeydən əvvəl qardaşım Prezident İlham Əliyevə bizi isti və mehriban qarşılamasına görə təşəkkür edirəm.
Sherg.az-ın xəbərinə görə, bunu İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.
İran Prezidenti deyib ki, biz qədimdən bir yerdə olmuşuq: “Qonşular arasında hasarlar, sərhəd olsa da, həmişə bir-biri ilə əlaqə saxlayırlar. Biz çox sayda müştərək məqamlara malikik və bu müştərəkliklərlə iftixar edirik. Biz əlaqələrimizi davam etdirəcəyik. Bir çox məsələlərdə təcrübələrimizi öyrənə bilərik”.