Bakı. Trend:
1 yanvar 2020-ci ildən 31 dekabr 2024-cü ilə qədər olan müddətərzində Asiya İnkişaf Bankı əsas layihələr çərçivəsindəAzərbaycanın konsaltinq şirkətləri və fərdi məsləhətçilərləümumilikdə 1,69 milyon ABŞ dolları məbləğində müqavilələrbağlayıb.
Trend bu barədəAsiya İnkişaf Bankına istinadən məlumat verir.
AİB-in kredit, qrant və texniki yardım layihələrində iştirakedən Azərbaycanın aparıcı beş konsaltinq şirkətini qeyd edənhesabatda əsas müqavilə payının fərdi məsləhətçilərə aid olduğubildirilir. Belə ki, fərdi məsləhətçilər ümumilikdə 1,36 milyon ABŞdolları məbləğində vəsait əldə ediblər ki, bu da ümumi məbləğin 80faizindən çoxunu təşkil edir.
Şirkətlər arasında liderlik “Ekvita Consulting” MMC-yəməxsusdur. Şirkət nəqliyyat sektoru (TRA) üzrə 0,20 milyon ABŞdolları dəyərində müqavilələr əldə edib. Digər mühüm şirkətlər isəinformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsindəfəaliyyət göstərən “Completest” MMC və “New Space Innovation”,eləcə də su təchizatı və şəhər infrastruktur layihələrində aktiviştirak edən “Moore Azerbaijan” şirkətidir. Bu şirkətlərin hər biri0,03 milyon ABŞ dolları məbləğində müqavilələr bağlayıblar.
"Digərləri" kateqoriyası üzrə müqavilələrin ümumi dəyəri isə0,02 milyon ABŞ dolları təşkil edib. Bu göstəricilər Azərbaycanməsləhətçilərinin beynəlxalq arenada artan nüfuzunu, xüsusilə AİBtəşəbbüsləri çərçivəsində yüksələn tanınmasını vurğulayır.
Bundan əlavə, hesabatda nəqliyyat, informasiya-kommunikasiyatexnologiyaları və şəhər xidmətləri kimi mühüm sahələrdə yerlimütəxəssislərin artan iştirakına diqqət çəkilir ki, bu daAzərbaycanın iqtisadiyyatın şaxələndirilməsi və innovasiyalarıntəşviqi üzrə strateji hədəflərinə uyğundur.
AİB infrastrukturun inkişafı, ictimai xidmətlər və idarəetməislahatları sahəsində Azərbaycanın etibarlı strateji tərəfdaşıolaraq qalmaqdadır.