“Beton aparatında işləyirdim. Hadisə zamanı sol qolumu tamamilə aparat aparıb. Ağır xəsarət almışam, amma şirkət maddi dəstək göstərmədi. Məsul şəxslər isə hələ də cinayət işinə cəlb olunmur,” – deyə o bildirib. Ramil Əliquliyevin iddiasına görə, hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində Ekspertiza və Dövlət Əmək Müfəttişliyi qəzanın baş verməsində şirkət və rəhbərliyin məsuliyyət daşıdığını ortaya qoyub. Lakin buna baxmayaraq, nə təzminat ödənilib, nə də hər hansı şəxs hüquqi məsuliyyətə cəlb olunub. Məsələ ilə bağlı “Hünər İnşaat” şirkətindən və aidiyyəti dövlət qurumlarından mövqe almağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

