
Rusiyanın bu gün səhər saatlarında dron hücumunun dəf edilməsi zamanı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri “Su-27” qırıcı təyyarəsini itirib.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının rabitə idarəsi məlumat yayıb.
“2025-ci il aprelin 28-də səhər saatlarında qoşunlara hava dəstəyinin təmin edilməsi və düşmənin hücum PUA-larının hava hücumunun dəf edilməsi üzrə hərtərəfli döyüş tapşırığının icrası zamanı Hərbi Hava Qüvvələrinə məxsus “Su-27” qırıcı təyyarəsi itirilib”,- deyə məlumatda qeyd edilib.
Məlumata görə, hadisənin səbəbləri xüsusi yaradılmış komissiya tərəfindən araşdırılır.
“Pilot uğurla qurtulub, axtarış-xilasetmə qrupu vaxtında eniş yerinə gəlib, pilot diaqnostika üçün tibb müəssisəsinə aparılıb. Onun həyatı və sağlamlığı üçün təhlükə yoxdur, vəziyyəti stabildir”, - əlavə edilib.
ELÇİN