AZ

Bakı ADB və CAREC institutunun qlobal ticarət və özəl biznes konfransına ev sahibliyi edəcək

Bu il noyabrın 13-də Bakıda Asiya İnkişaf Bankı (ADB) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun "Asiya və Sakit okean regionunda qlobal ticarət mühitinin çağırışları və özəl biznes" mövzusunda konfransı keçiriləcək.

“Report” ADB-yə istinadən xəbər verir ki, tədbir "Asiyanın kiçik və orta müəssisələrinin monitorinqi 2025" (ASM) adlı tədqiqat çərçivəsində hazırlanacaq eyni mövzuda kitabın nəşri layihəsi çərçivəsində baş tutacaq.

Bununla əlaqədar yüksək keyfiyyətli, əvvəllər dərc olunmamış elmi işlərin qəbulu elan edilib.

Konfrans 12-13 noyabrda keçiriləcək ASM 2025 seminarının bir hissəsi olacaq. Seçilmiş məqalə müəllifləri öz tədqiqatlarını təqdim etmək üçün dəvət olunacaqlar. Rəy verildikdən sonra materiallar 2026-cı ilin fevral ayında nəşri planlaşdırılan "Asiya və Sakit okean regionunda qlobal ticarət mühitinin çağırışları və özəl biznes" kitabına daxil edilmək üçün nəzərdən keçiriləcək.

Kitabda artan geosiyasi risklərin özəl biznesə, xüsusilə mikro, kiçik və orta müəssisələrə təsirinə, proteksionizmin güclənməsi və ticarət sahəsində gərginliklərin artmasının qlobal təchizat zəncirlərində pozulma risklərini necə artırdığına və ticarət xərclərinin artmasına səbəb olduğuna, xarici ticarət mühitinin qeyri-sabitliyinin ticarətin artımını necə yavaşlada və qlobal iqtisadi sabitliyi, xüsusilə kiçik ixracatçıları təhlükə altına qoya biləcəyinə xüsusi diqqət yetiriləcək.

"Konfransın məqsədi qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində özəl sektorun, o cümlədən kiçik və orta müəssisələrin beynəlxalq fəaliyyətinin inkişafı sahəsində qabaqcıl tədqiqatları təşviq etməkdir. Konfrans həmçinin tədqiqatçılar, inkişaf üzrə mütəxəssislər və dövlət siyasətçiləri arasında bilik mübadiləsinə töhfə verəcək", - ADB qeyd edib.

Seçilən
5
report.az

1Mənbələr