Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının biletləri satışa çıxarılıb.
Offsideplus.az xəbər verir ki, 21 may - 1 iyun aralığında Milli Gimnastika Arenasında gerçəkləşəcək yarışa biletlər iticket.az saytında satılır.
Açılış gününə olan biletlər iki kateqoriyaya bölünüb: 17 və 35 manatlıq. Bir biletlə mayın 21-dəki açılış mərasimini və həmin gün baş tutacaq bütün oyunları izləmək mümkündür.
Yeri gəlmişkən, açılış mərasimində maraqlı və heyrətamiz lazer və mappinq şoular təşkil ediləcək. Tədbirdə xalq artisti Aygün Kazımova və Türkiyə estradasının ulduzu Aleyna Tilki öz mahnı və çıxışları ilə tamaşaçıları əyləndirəcəklər.
Açılış mərasimindən dərhal sonra, saat 20:30-da Azərbaycan - Bəhreyn matçı start götürəcək.
Dünya çempinatının növbəti günləri üçün 1 bilet (bütün gün ərzində keçiriləcək oyunlara) 4-6 manat aralığında satılır.