AZ

Parlament komissiyasının üzvü: Şəhid Rəcai limanındakı hadisədə xaricilərin iştirakı hələ təsdiqlənməyib

Şahid Rəcai limanındakı hadisədə xarici iştirakını təsdiqləyən heç bir sübut təqdim edilməyib.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əli Xəzrian bildirib.

Onun sözlərinə görə, mövcud sübutlara əsasən, hadisə zəif daxili təhlükəsizlik və qeyri-müvafiq idarəetmə səbəbindən baş verib:

“Xarici amillərin iştirakına dair hələ heç bir sübut təqdim edilməyib".

Əli Xəzrian bu fəlakətə səbəb olan amillərə qətiyyətlə cavab vermək zərurətini vurğulayaraq deyib: “Şəhid Rəcai limanındakı partlayış faciəli bir insan fəlakətidir. Bunun kökləri struktur çatışmazlıqlarında və ölkənin limanlarının idarə edilməsindəki ciddi səmərəsizlikdədir".

Qeyd edək ki, İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.

Seçilən
27
report.az

1Mənbələr