Bakı. Trend:
SOCAR Green MMC və Universal Energy Co., Ltd. arasındaAzərbaycanda bərpa olunan enerji layihələrinin birgə həyatakeçirilməsi imkanlarının araşdırılması məqsədilə AnlaşmaMemorandumu imzalanıb.
Trend bu barədəSOCAR Green-ə istinadən xəbər verir.
Məlumata əsasən, sənəd ölkənin bərpa olunan enerjiinfrastrukturunun möhkəmləndirilməsi məqsədi ilə günəş və küləkenerjisi layihələrində (quruda və dənizdə), o cümlədən enerjisaxlama sistemlərində əməkdaşlığın əsasını qoyur.
"Memorandum layihələrin inkişafı, EPC (mühəndislik, satınalma vətikinti) və O&M (əməliyyat və texniki xidmət) sahələrində birgəsəyləri nəzərdə tutur. Bu strateji tərəfdaşlıq regionda davamlıenerji həllərinin təşviqi istiqamətində mühüm addımdır", - "SOCARGreen"dən bildirib.