Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalqtəhsil mühiti ilə əlaqələrini gücləndirmək məqsədilə təbliğatfəaliyyətlərini davam etdirir. Bu çərçivədə universitetin nümayəndəheyəti Özbəkistanın
Daşkənd şəhərində təşkil olunan 27-ci Beynəlxalq “Təhsil və Peşə2025” sərgisində iştirak edib.
Daşkənddə rəsmi açılışı edilən sərgi bir ay müddətindəÖzbəkistanın 12 müxtəlif şəhərində keçiriləcək. AzMİU-nun sərgidətəqdim etdiyi stend, xüsusilə yerli abituriyentlər, onlarınvalideynləri və beynəlxalq təhsil nümayəndələri tərəfindən böyükmaraqla qarşılanıb.
Universitet təmsilçiləri İctimaiyyətlə Əlaqələr və MarketinqMərkəzinin direktoru İsa Muradov və Əcnəbi Vətəndaşların Hazırlığıfakültəsinin dekanı dosent Gülnarə Əsgərəlizadə tərəfindənziyarətçilər AzMİU-nun təhsil imkanları, qəbul prosesi, ixtisaslar,tələbə həyatı və təqaüd proqramları barədə məlumatlandırılıb.
Sərgi çərçivəsində universitetin təqdim etdiyi materiallar –bukletlər və broşuralar vasitəsilə ziyarətçilərə geniş informasiyatəqdim edilib. Memarlıq, dizayn, inşaat mühəndisliyi, şəhərsalma vəekologiya mühəndisliyi kimi sahələrə maraq göstərən özbəkabituriyentlər AzMİU-nun akademik proqramları və beynəlxalqəməkdaşlıq imkanları ilə tanış olub, suallarını universitettəmsilçilərinə ünvanlayıblar.
Əməkdaşlarımız sərgi ərzində bir sıra ölkələrin ali təhsilmüəssisələrinin təmsilçiləri ilə görüşlər keçirərək gələcəkəməkdaşlıq imkanlarını müzakirə ediblər.
Sərgiyə Özbəkistanla yanaşı, Rusiya, Türkiyə, Kanada, ABŞ, BƏƏ,Cənubi Koreya və digər ölkələrin tanınmış ali təhsil müəssisələridə qatılıb. Ümumilikdə 100-dən çox universitetin qatıldığı tədbirözbək gənclərinin təhsil və peşə seçimləri ilə bağlı mühümməlumatlandırma platforması olub..
Qeyd edək ki, AzMİU-nun Mərkəzi Asiyada apardığı builki təbliğatkompaniyası Qırğızıstandan başlayıb. Təmsilçilərimiz ilk olaraqQırğızıstanın tanınmış təhsil müəssisələrindən biri olan BilimkanaAmerika Məktəbində qonaq olub və universitetin tanıtımını həyatakeçiriblər. Oxşar fəaliyyət digər məktəblərdə də aparılıb və qırğızşagirdlərin AzMİU-ya marağı yüksək olub.
Mərkəzi Asiya regionundakı təbliğat fəaliyyətləri bu coğrafiyadaAzMİU-nun tanınmasını artırmaq və universitetə daha çox xaricitələbə cəlb etmək məqsədi daşıyır.