AZ

"Pezeşkianın dediklərindən sonra yeni nəsə gözləmirəm" - Deputat

Bunu Ajans.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.  O qeyd edib ki, istənilən halda qonşu ölkə İranın prezidentinin Azərbaycana səfəri müsbət bir hadisədir: "Azərbaycanda və İranda bu səfər gözlənilən idi. Çünki regionda İranın Azərbaycana qarşı aqressiv davranışlarından sonra, Zəngəzur dəhlizini "qırmızı xətt" elan etdikdən sonra, Azərbaycan səfirliyinə edilən hücumdan sonra, bu gün də Hindistan istehsalı silahların İran ərazisi ilə Ermənistana daşındığı bir dövrdə bu səfər əlbəttə ki, mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bütün bunların müzakirə olunması üçün yaxşı bir platformadır. Lakin məsələ ondadır ki, gözlədiyimiz nəticə əldə olunacaqmı? Məsud Pezeşkianın AzTV-yə verdiyi müsahibədən aydın oldu ki, İran prezidenti İranın Azərbaycan siyasətində köhnə tezisləri yenidən təkrar etmiş oldu. Doğrusu mən belə mövqedən sonra, yəni Pezeşkianın müsahibəsində səsləndirdiyi fikirlərdən sonra yeni, fövqəladə nəyinsə baş verəcəyini gözləmirəm. Amma bütün hallarda müzakirə edilməli çox məsələlər var. Ümid edəm ki, bütün bunlar müzakirə olunaraq konkret nəticələr üçün zəmin yaradacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
7
Ajans.az

1Mənbələr