AZ

Azərbaycan və Türkiyə Şahmat Federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Şahmat Federasiyası (AŞF) və Türkiyə Şahmat Federasiyası (TŞF) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

İdman.biz xəbər verir ki, tədbirdə AŞF-nin prezidenti Mahir Məmmədov, TŞF-in prezidenti Fethi Apaydın və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç iştirak ediblər.

Razılaşmada şahmatın inkişafı istiqamətində müxtəlif layihələrin reallaşdırılması, milli komandaların birgə hazırlıqlarda iştirakı, hakimlərin təlim-məşq toplanışları və digər məsələlər nəzərdə tutulub.

Aytac Sahəd
İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr