Bakı. Trend:
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan HərbiHava Qüvvələrinin (HHQ) aviasiya bölmələrində “Super Muşşak” təlimtəyyarələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, uçuş heyətlərininsağlamlıq vəziyyəti yoxlanıldıqdan və təhlükəsizlik qaydaları elanolunduqdan sonra hərbi pilotlar “Super Muşşak” təlim təyyarələrinənəzarət baxışı keçiriblər.
Təlimin planına uyğun olaraq, gənc təyyarəçilər havaya qalxma vəyerə enmə, müəyyən edilmiş marşrutlar üzrə aviasiya qruplarıtərkibində uçuşların icra edilməsi, müxtəlif hündürlüklərdə pilotajmanevrləri və digər təlim tapşırıqlarını uğurla yerinəyetiriblər.
Hərbi pilotlarımızın döyüş hazırlığı və praktiki vərdişlərininartırılması məqsədilə keçirilən uçuşlar zamanı qarşıya qoyulanməqsədlərə nail olunub.