AZ

"Real" Kloppa 2 dəfə zəng edib: Hansı cavabı alıblar?

“Real” “Liverpul”un keçmiş baş məşqçisi, hazırda "Red Bull"un futbol üzrə baş icraçı direktoru Yurgen Kloppla maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Madrid klubunun nümayəndələri Kloppun gələcək planlarını öyrənmək üçün ona iki dəfə zəng edib. Qeyd olunur ki, hazırda almaniyalı mütəxəssis məşqçilik fəaliyyətinə qayıtmağı planlaşdırmır.

Yurgen Klopp 2015-2024-cü illərdə "Liverpul"da çalışıb. 2025-ci il yanvarın 1-dən mütəxəssis "Red Bull"da sözügedən vəzifəni icra etməyə başlayıb.

Seçilən
2
publika.az

1Mənbələr