ABŞ-ın Elizabeth City State Universitetində baş verən silahlı hücum nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.Şimali Karolinanın şərqindəki universitetdə Vikinqlər Festivalının son günündə silahlı hücum baş verib. Festivalın bağlanmasından əvvəl keçirilən “Yard Fest” tədbiri zamanı baş verən hücumda 1 nəfər ölüb, 6 nəfər yaralanıb.Ölən şəxsin tələbə olmadığı, yaralıların xəstəxanaya aparıldığı bildirilib.Hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra kampus müvəqqəti bağlanıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.Universitetin bəyanatında "Universitet bu mənasız hərəkətdən dərin kədər hissi keçirir", - deyilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta