Sağlam səhər yeməyinə üç növ qida daxil edilməlidir: meyvə, tam taxıl və süd məhsulları.
Editor.az xəbər verir ki, bunu britaniyalı dietoloq Paula Martin deyib.
Həkim xatırladıb ki, oyandıqdan dərhal sonra səhər yeməyi yemək lazım deyil, ilk yeməyi bir müddət təxirə salmaq və ya səhər idmanından sonra başlamaq olar:
“Ancaq səhər yeməyini çox “uzatmamalı” və ya tamamilə atlamamalısınız. Bu vərdiş gün ərzində şirniyyat və karbohidratlara olan həvəsi artırır və bu, həddindən artıq yeməyə səbəb olur”.
Doktor Martin səhər yeməyində meyvə yeməyin vacib olduğunu deyib. Çox istehlak etmək lazım deyil, bir kiçik meyvə və ya böyük meyvənin bir parçası kifayət edəcək.
“Onların tərkibində lif var ki, bu da sizə daha uzun müddət toxluq hissi verir və şəkərin udulmasını tənzimləyir. Onlar həmçinin C vitamini, fol turşusu və antioksidantların əla mənbəyidir. Meyvələr maddələr mübadiləsini tarazlaşdırmağa və bağırsaqların fəaliyyətini yaxşılaşdırmağa kömək edir. Çörək, taxıl və yulaf ezməsi kimi bütün taxılları da unutma. Bu növ qidalar aşağı glisemik indeksə malik olduğundan, iştahı idarə etməyə və qan şəkərini balanslaşdırmağa kömək edir”,- deyə o açıqlayıb.
Dr.Martin həmçinin səhər menyunuza süd məhsulları əlavə etməyi tövsiyə edir: adi qatıq, pendir və ya şəkər əlavə edilməmiş kefir. Tərkibindəki zülal sayəsində belə qidalar əzələ kütləsini qorumağa, toxluq hissini artırmağa və hormonal tarazlığı qorumağa kömək edir.
//Gülnarə Abasova, Editor.az