
Aprelin 28-də saat 09:45 radələrində Qazax rayonunun işğaldan azad edilmiş Qızılhacılı kəndi ərazisində mina partlayışı baş verib. Hadisə zamanı ANAMA əməkdaşı, 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xəsarət alıb. TƏBİB-in məlumatına görə, o, Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub və alın nahiyəsinin, göz ətrafı toxumalarının, burunun çapılmış yarası diaqnozu ilə müalicə alır. Yaralının vəziyyəti stabil qiymətləndirilir, həyati təhlükəsi yoxdur.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Şuşa – Qəlbimizin Zirvəsi, Tariximizin İşığı - VİDEO
Gəncədə bıçaqlanma hadisəsi baş verib
Külək Böyük Şor bulvarında attraksionu aşırıb