Bakı. Trend:
COP29-da Azərbaycan qarşısına Qlobal Cənub və Qlobal Şimalarasında körpü olmaq kimi vacib vəzifə qoyub.
Trend xəbərverir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)sədri, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsiMuxtar Babayev Qlobal Cənub QHT platformasının Bakıda keçirilən“Hərəkətdə həmrəylik: yeni və ədalətli dünya üçün Qlobal CənubQHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışızamanı bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə COP29-a ev sahibliyi etməyinAzərbaycan üçün böyük vəzifə olub.
“Biz bütün maraqlı tərəfləri bu prosesin bir hissəsi olmağadəvət etməyə can atırdıq. QHT-ləri, ictimaiyyət nümayəndələrini,gənclər təşkilatlarını, yerli xalqları, qadın təşkilatları və digərqrupları yanımızda görmək bizim üçün çox vacib idi”, - deyə ovurğulayıb.
M.Babayev qeyd edib ki, iqlimlə bağlı problemləri və iqlimdəyişikliyinin fəsadları gündəlik həyata, perspektivlərə, ələlxüsusda həssas ölkələrə güclü təsir göstərir.
“Həssas ölkələr arasında, inkişaf etməkdə olan dünya ilə vəinkişaf etmiş ölkələr arasında, Qlobal Cənub və Qlobal Şimalarasında körpü olmaq vacibdir. Məhz buna görə biz, qarşıya buvəzifəni qoymuşuq. Biz hamımız bu missiyanı uğurla başa vurmağahəvəsli idik”, - deyə o bildirib.