AZ

Qazaxda minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlandı

Bakı. Trend:

28.04.2025-cü il tarixində saat 09:45 radələrində minapartlayışı hadisəsi səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli)Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinəhospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumatverilib .

Bildirilib ki, alın nahiyəsinin göz ətrafı toxumalarının vəburunun çapılmış yarası diaqnozu təyin olunan 1985-ci il təvəllüdlüşəxsə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsininCərrahiyyə şöbəsinə yerləşdirilib.

"Vəziyyəti stabil qiymətləndirilir"- deyə əlavə edilib.

Qeyd edək ki, azad edilmiş Qazax rayonunun Qızılhacılı kəndiərazisində 2025-ci il 28 aprel tarixində mina hadisəsi bașverib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsiniyerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrindəyüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib.Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Seçilən
1
8
az.trend.az

10Mənbələr