
"Liverpool" İngiltərə çempionatını qazandı, "Tottenxem"i 34-cü turda 5:1 hesabı ilə məğlub etdi.Matç, "Enfild" stadionunda keçirilib və ev sahiblərinin qələbəsi ilə 5:1 başa çatıb. 12-ci dəqiqədə "Tottenxem"ın oyunçusu Dominik Solanke fərqləndi, lakin fasiləyə qədər "Spurs" üç qol buraxdı: 16-cı dəqiqədə Luis Dias, 24-cü dəqiqədə Aleksis Makallister və 34-cü dəqiqədə Kodi Gakpo topu rəqibin qapısına göndərdilər. 63-cü dəqiqədə Məhəmməd Salah mövsümdəki 28-ci qolunu vurdu, 69-cu dəqiqədə isə "Tottenxem"ın müdafiəçisi Destini Udodji öz qapısına qol vurdu.Yerli çempionatın reytinq cədvəlində "Liverpul" 82 xalla 4 tur əvvəlcə ən yaxın izləyicisi olan "Arsenal"dan 15 xal qabaqdadır. "Tottenxem" isə 37 xalla 16-cı yerdə qərarlaşıb.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Şuşa – Qəlbimizin Zirvəsi, Tariximizin İşığı - VİDEO
Gəncədə bıçaqlanma hadisəsi baş verib
Külək Böyük Şor bulvarında attraksionu aşırıb