AZ

ANAMA-nın əməkdaşı Qazaxda minaya düşüb, xəsarət alanın vəziyyəti stabildir - YENİLƏNİB

Qazaxda minaya düşən ANAMA əməkdaşının vəziyyəti stabildir.Bununla bağlı SİA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, aprelin 28-də saat 09:45 radələrində mina partlayışı hadisəsi səbəbilə xəsarət alan 1 nəfər kişi Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Alın nahiyəsinin göz ətrafı toxumalarının və burunun çapılmış yarası diaqnozu təyin olunan 1985-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir.

Seçilən
1
2
sia.az

3Mənbələr