Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin çıxış etdiyi “Çorum”un baş məşqçisi Tuncay Şanlı istefa verib.
Msport.az xəbər verir ki, mütəxəssis qərarını I Liqanın son turunda “Ankaragücü”nə 0:1 hesablı məğlubiyyətdən sonra keçirilmiş mətbuat konfransında açıqlayıb.
Şanlı bu ilin martında aşağı liqa təmsilçisinin sükanı arxasına keçmişdi.
Qeyd edık ki, “Çorum” 36 turdan sonra 51 xalla 13-cü pillədə qərarlaşıb.