İstanbulun simvollarından biri olan Sultanəhməd məscidində mənalı tədbir keçirilib.
News24.az xəbər verir ki, Hafiz Selman Okumuşun rəhbərlik etdiyi mərasimdə İtaliya vətəndaşı Pasquale İslamı qəbul edərək, "Adem" adını alaraq Türkiyə vətəndaşı Selda ilə evlənib.
Mənəvi ab-havanın hökm sürdüyü mərasimdə cütlüyün ailələri və yaxın dostları da olub.
Üzüklərin dəyişdirilməsi və nişan lentinin kəsilməsi ilə cütlük yeni həyatlarına bir addım atıb.
Günel Məlikzadə
Həmin anları təqdim edirik: