Bakı. Trend:
11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsininəməkdaşları tərəfindən 26 aprel 2025-ci il tarixində keçirilənnəzarət tədbirləri zamanı Nərimanov rayonu, İzəddin Həsənoğlu vəTəbriz küçələrinin kəsişməsində "Ailə park" MTK tərəfindən aparılansöküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyi vətəbiətə 13380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindənməlumat verilib.
İdarənin rəisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtibolunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibiyaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmışsənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır:
"Kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınmasıüçün "Ailə park" MTK-ya tapşırıq verilib".