Bakı. Trend:
Beynəlxalq Tədqiqatlara əsasən, yüksək texnologiyaların tətbiqiilə bağlı 2023-cü ilə qədər dünya üzrə təxminən 375 milyon insanınyenidən yeni ixtisaslara və yeni bacarıqlara yiyələnməsinə ehtiyacyaranacaq ki, bu da ümumi işçi qüvvəsinin təxmini 14%-ni təşkiledir.
Trend xəbərverir ki, bu sözləri Azərbaycan Respublikasının insan hüquqlarıüzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
"Son illər süni intellektin qlobal səviyyədə inkişafı, onuntətbiqi sahələrini daha da genişləndirməklə bir çox sektorlardaköklü dəyişikliklərə səbəb olmaqdadır. Bu təcrübə, xüsusən də,qərar qəbuletmə prosesində səmərəliliyin və şəffaflığınartırılmasını, idarəetmənin optimallaşdırılmasını, maliyyəxərclərinin minimum endirilməsini və vətəndaşların xidmətlərəçıxışının asanlaşdırılmasını hədəfləyir.
Rəqəmsallaşdırma və süni intellekt bir tərəfdən müxtəlif sahələrüzrə əlverişli imkanlar yaratsa da, digər tərəfdən yeni sosialçağırışları da labüd edir. İnnovativ texnologiyalsrın istehsalatdanxidmət sahələrinə qədər geniş tətbiqi yeni bilik və bacarıqlaratələbatın artmasına, bəzi peşələrə ehtiyacın aradan qalxmasına, işyerlərində kütləvi ixtisarlara və diskriminasiya hallarına səbəbola bilər", - deyə ombudsman qeyd edib.