AZ

ANAMA-nın əməkdaşı Qazaxda minaya düşüb

Bakı. Trend:

İşgaldan azad edilmiş Qazax rayonunun Qızılhacılı kəndiərazisində 2025-ci il 28 aprel tarixində mina hadisəsi bașverib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)Trend-ə verilənməlumata görə, agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü PaşayevElnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrindəyüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib.Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Məqalədə:
Seçilən
4
49
az.trend.az

10Mənbələr