ABŞ-ın miqrantların saxlandığı mərkəzə endirdiyi aviazərbələr nəticəsində azı 30 afrikalı həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Yəmənin "Al Masirah" telekanalı məlumat yayıb.
Bildirilib ki, mərkəz Yəmənin şimal-qərbində yerləşir və burada 100-ə yaxın insan olub.
"ABŞ hərbçiləri afrikalı miqrantların saxlandığı mərkəzə silsilə zərbələr endirib. Orada 115 nəfər olub. Xilasedicilər dağıntılar altından 30 cəsədi çıxara biliblər. İşlər davam edir", - deyə məlumatda qeyd olunub.
Qeyd olunur ki, 50 nəfər zərərçəkən Respublika Xəstəxanasına göndərilib. Onların vəziyyətinin ağır olduğu deyilir.