Sindikativ kredit Masreqbank-ın təşkilatçılığı, Abu-Dabi Kommersiya Bankının agent bank rolu ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyaya aid 12 maliyyə institutundan cəlb edilib. Əqdin müddəti gələcəkdə uzadılma imkanı ilə 12 aydır. Bu, ABB-nin uzun illər sonra beynəlxalq maliyyə bazarlarına yenidən qayıdışıdır.
İmzalanma tədbirində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Mashreqbank-ın Baş İcraçı direktoru (CEO) Ahmed Abdelaal və hər iki bankın digər rəhbər şəxsləri, eləcə də sindikasiyaya qoşulmuş müvafiq maliyyə institutlarının rəhbər təmsilçiləri iştirak edib.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu anlaşma ölkəmizə, Azərbaycanın bank sektoruna, o cümlədən ABB-yə olan inamın göstəricisidir. Sindikativ kredit ABB-nin strateji inkişaf planına uyğun olaraq real sektorun, xüsusilə ixracyönümlü iri layihələrin maliyyələşdirilməsini dəstəkləyəcək. Əlverişli maliyyə şərtləri ilə belə iri məbləğdə vəsaitin cəlbi ABB-nin imkanlarını daha da genişləndirəcək, maliyyə vəsaitləri bizneslər üçün daha da əlçatan olacaq”.
ABB-nin bir neçə illik fasilədən sonra xarici maliyyə bazarlarına qayıdışı Bankın biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, Bankın investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



9Mənbələr
-
demokrat.azABB-nin iştirakı ilə 31 000-dən çox ağac əkilir! ( 16842880)
-
apa.azABB 200 000 000 dollarlıq sindikativ kredit cəlb edib ( 16829679)
-
axar.azABB 200 000 000 dollarlıq sindikativ kredit cəlb etdi! ( 16828551)
-
modern.azABB 200 000 000 dollarlıq sindikativ kredit cəlb etdi! ( 16827929)
-
banco.azABB 200 000 000 dollarlıq sindikativkredit cəlb etdi! ( 16826757)
-
marja.azAzərbaycan bankı 200 milyon dollar kredit cəlb etdi ( 16825451)
-
marja.azAzərbaycan bankı 200 milyon dollarlıq sindikativ kredit müqaviləsi imzalayıb. ( 16825399)
-
demokrat.azABB 200 000 000 dollarlıq sindikativ kredit cəlb etdi! — FOTOLAR ( 16824947)
-
fins.azABB 200 000 000 dollarlıq sindikativ kredit cəlb etdi! ( 16825065)