AZ

Martda fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb

Bakı, 28 aprel, AZƏRTAC

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması cari ilin mart ayında ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz bəndi azalaraq 33,1 faiz təşkil edib.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, fiziki şəxslərin əmanətlərinin 66,4 faizi (9,785,1 milyon manat) milli valyutada, 33,6 faizi (4,959 milyon manat) xarici valyutadadır.

Fiziki şəxslərin əmanət portfelinin 61,1 faizi (9,009,3 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri mart ayında 2,3 faiz və ya 204,7 milyon manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 16,799,2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74,5 faizini təşkil edib.

Seçilən
4
azertag.az

1Mənbələr