AZ

UN DESA nümayəndəsi Dayanıqlı İnkişaf Məqsədlərinin gerçəkləşdirilməsi baxımından Cənub-Cənub əməkdaşlığının vacibliyini vurğulayıb

Bakı. Trend:

Cənub-Cənub əməkdaşlığı Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM)gerçəkləşdirilməsi üçün güclü alətdir.

Trend xəbər verirki, bu haqda BMT-nin iqtisadi və sosial məsələlər departamentinin(UN DESA) QHT bölməsinin rəhbəri Vuk-Cin Çanq (Wook-Jin Chang)Qlobal Cənub QHT platformasının Bakıda keçirilən “Hərəkətdəhəmrəylik: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-ləriningücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanıbildirib.

“Cənub-Cənub Əməkdaşlığı sadəcə nəzəri bir ideya deyil. Bu,Dayanıqlı İnkişaf Məqsədlərinin geçəkləşdirilməsi üçün praktiki vəgüclü bir alətdir. Bilikləri, texnologiyaları və təcrübələriqarşılıqlı şəkildə mübadilə etməklə, inkişaf etməkdə olan ölkələrbir-birinin səylərinə dəstək ola və inklüziv və dayanıqlıcəmiyyətlər qura bilərlər.

Vətəndaş cəmiyyətinin fəal iştirakı olmadan buna nail olmaqmümkün deyil. Ələlxüsus Qlobal Cənub ölkələrindən olan QHT-lərbizim Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqdan ibarət olanümumi missiyamızın vacib iştirakçıları sayılırlar”, – deyə obildirib.

Onun sözlərinə görə, QHT-lərin ictimaiyyətlə sıx əlaqələri,yerli reallıqlara yaxşı bələd olma və ictimai dəstək səfərbər etməkbacarığı onları əvəzolunmaz tərəfdaşlara çevirir:

“Bununla əlaqədar mən Qlobal Cənub QHT platformasının və bugünküforumun təşəbbbüskarlığında Azərbaycanın liderliyini yüksəkqiymətləndirirəm”.

Məqalədə:
Seçilən
2
1
az.trend.az

2Mənbələr