AZ

Mareskanın aqibəti məlum deyil

“Çelsi”də mövsümün sonunda baş məşqçi dəyişikliyi ola bilər.

"Football-plus.az" xəbər verir ki, Entso Mareskanın aqibəti nəticələrdən asılı olacaq.

Paytaxt komandası hazırda premyer-liqada 34 oyuna 60 xalla 5-ci yeri tutur. Bu yer londonlulara Çempionlar Liqasında iştirak hüququ verir. Lakin “Çelsi”nin rəqibləri “Nottingem Forest” və “Aston Villa” da bu turnirə vəsiqəyə ciddi şəkildə iddia edirlər.

Mareska komandaya 2024-cü ilin yayında təyinat alıb. “Çelsi”nin bu mövsüm Konfrans Liqasının yarımfinalına çıxdığını da xatırladaq.

Seçilən
2
football-plus.az

1Mənbələr