"Real" klubu növbəti mövsüm üçün transfer çalışmalara başlayıb.

Offsideplus.az xəbər verir ki, "kral klubu" iki mövqeyi gücləndirməyi planlaşdırır: müdafiənin sol cinahı və yarımmüdafiə.

Madrid təmsilçisi bu iki yerə transfer etməyi düşünür. 

Bu barədə İspaniya nəhənginə yaxın olan jurnalistlərdən Xose Feliks Dias məlumat verib.

"Real" sol cinah müdafiəçisi kimi "Bornmut"un futbolçusu Miloş Kerkesi düşünür.