“Bavariya”nın müdafiəçisi Kim Min-Ji karyerasını İngiltərədə davam etdirə bilər
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı koreyalı ilə “Nyukasl” maraqlanır. İngiltərə klubu futbolçunu yayda almaq üçün çalışmalara başlayıb.
Bu mövsüm Kim Min Je 43 oyun keçirib, 3 qol vurub. “Transfermarkt” oyunçunun dəyərini 45 milyon avro qiymətləndirir.