Separatçıların və ümumilikdə erməni hərbi canilərən Bakıda məhkəməsinin keçirilməsi bir çox radikal və revanşist ermənini narahat edir. Məsələn, Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan separatçıların mühakimə olunmasından danışarkən İrəvanı ittiham edib. O, Azərbaycanın Qarabağ bölgəsinə qondarma "Artsax" deməklə yanaşı buranın keçmiş "rəhbərliyi"nin bu gün Bakıda olmasında Paşinyanı günahkar sayıb.
"Paşinyanın yürütdüyü siyasət ona gətirib çıxarıb ki, "Qarabağ rəhbərliyi" bu gün Bakıdadır. Onun siyasəti ümumilikdə "Artsax"ı itirməyimizə gətirib çıxardı. Baş nazir bu gün bu məsələlər ilə bağlı necə heç nə edə bilməz axı? Bilmirəm, bu normaldır ya yox. Bu sadəcə anlaşılmazdır", - Abramyan xalq və dövlət olaraq düşdükləri siyayi-diplomatik böhrandan gileylənib.
Tural