Qlobal Cənubun qeyri-hökumət təşkilatları arasında həmrəyliyin möhkəmləndirilməsi üzrə yeni təşəbbüs marginallaşdırılmış və həssas icmaların hüquqlarının qorunmasında mühüm rol oynayır.
"Report" xəbər verir ki, bunu Qananın “Dream Hunt” təşkilatının nümayəndəsi Porşa Adu-Mensa bildirib.
"Yeni təşəbbüs çərçivəsində Qlobal Cənub QHT-lərinə dəstək son dərəcə vacibdir. Bir çox icmalar marginallaşdırılmış və həssas olaraq qalır. İndiyə qədər isə kifayət qədər insan hüquqları müdafiəçilərimiz olmayıb", - o qeyd edib.
Qana nümayəndəsinin sözlərinə görə, QHT-lərin səylərinin birləşdirilməsi praktiki fəaliyyətlərə çevrilə biləcək ideyaları irəli sürməyə imkan verəcək.