BAKI, 28 aprel. TELEQRAF
Hindistanın Cammu və Kəşmir bölgəsində baş verən terror aktından sonra Hindistan hökuməti Pakistan vətəndaşlarına verilmiş vizaları ləğv edib.
Teleqraf xəbər verir ki, bu barədə Hindistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nəticədə 537 pakistanlı aprelin 24-dən etibarən Hindistanı tərk edib.
Hindistan hökuməti aprelin 24-də elan edib ki, Pakistan vətəndaşlarına yeni vizalar verilməyəcək və mövcud vizalar aprelin 27-də qüvvədən düşəcək. Yalnız tibbi səbəblərlə verilmiş vizalar aprelin 29-da qədər keçərli olacaq. Qərar uzunmüddətli viza ilə Hindistanda yaşayan pakistanlı hindulara aid deyil.