AZ

Bərə və qayıq toqquşdu, ölənlər var

ABŞ-ın Florida ştatında bərə ilə qayığın toqquşub.

News24.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Bildirilib ki, hadisə yerinə göndərilən yanğınsöndürənlər bərədə olan bütün sərnişinləri təxliyə ediblər. Qəza zamanı 50 sərnişin tutumu olan bərədə 42 nəfər olub.

Açıqlamada, "Yaralıların hamısı bərədəndir. Bərəyə çarpan şəxsi qayıq hadisə yerindən qaçıb."

Hadisə ilə bağlı araşdırmanı ABŞ Sahil Mühafizəsi aparacağı bildirilib.

Günel Məlikzadə

Seçilən
6
news24.az

1Mənbələr