Bakı. Trend:
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Trend xəbərverir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı HeydərƏliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovuldəstəsi düzülmüşdü.
İran İslam Respublikasının Prezidentini hava limanındaAzərbaycan Respublikasının Baş nazirinin birinci müavini YaqubEyyubov və digər rəsmi şəxslər qarşıladılar.