Bakı. Trend:
Aşqabad şəhərində kəmər güləşi növlərindən olan koreş və alışüzrə “Yeni İdman İmkanları Birliyi” statusuna həsr olunmuşbeynəlxalq turnirdə Azərbaycanın kəmər güləşçiləri Türkmənistandaüç medal qazanıb.
Azərbaycanın Türkmənistandakı səfirliyindən Trend-ə bildirilib ki,Azərbaycan kəmər güləşçiləri Türkmənistanın Aşqabad şəhərində koreşvə alış növləri üzrə keçirilən “A” kateqoriyalı beynəlxalq turnirdəbir gümüş, iki bürünc əldə ediblər.
Azərbaycan təmsilçilərindən Ariz Hüseynov 68 kq-da koreşyarışında üçüncü olub. Həmçinin idmançı 70 kq çəki dərəcəsində alışnövü üzrə yarışıb və bu dəfə ikinci yeri tutub. Alış növü üzrəyarışan Fidan Hüseynova (60) da bürünc medal sahibi olub.
Qeyd edək ki, turnirdə 14 ölkədən 170-dən çox idmançı iştirakedib.