“Namizəd statusunun Gürcüstana qarşı şantaj vasitəsi kimi düşünülməsinə baxmayaraq, biz şantaja boyun əymədik və namizəd statusunu da aldıq”.
Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedis Kvira”nın efirində bildirib.
O bildirib ki, Avropaya inteqrasiya əsas xarici siyasət prioriteti olaraq qalır.
“Biz düşünürük ki, 2030-cu il üçün bu barədə düşünmək olduqca real olacaq. Xüsusilə, 2030-cu il üçün biz Avropa İttifaqına üzv olmaq üçün bütün namizəd ölkələrdən daha hazır olacağıq. Bütün baxış bucaqlarından, bu həm demokratiyaya, insan hüquqlarına, qanunun aliliyinə, həm də iqtisadiyyata və Avropa İttifaqına üzv olmaq üçün ümumi hazırlığa aiddir. Müvafiq olaraq, biz ölkəmizin gələcəyinə hər yöndən çox optimist yanaşırıq”, – İrakli Kobaxidze qeyd edib.